Sülhməramlıların maşını Laçın-Xankəndi yolundan maneəsiz keçdi

 12:09 02.01.2023     708

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiyanın keçirildiyi ərazidən maneəsiz hərəkət edirlər.

Redaktor.az Azərtac-a istinadla xəbər verir ki, bu gün Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlər üçün istifadə olunan avtomobillərin hərəkətinə maneə törətmirlər.

22