Rəis Rəsulzadə şəhid generalımızın məzarını ziyarət etdi - FOTO

 16:57 02.01.2023     396

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə bu gün şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun məzarını ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında paylaşım edib.

"Bu gün Azərbaycanın Milli Qəhrəmanı genral-mayor Polad Həşimovun doğum günüdür. Biz qeyrətli generalımızı məzarı önündə dərin hörmət və ehtiramla yad edirik. Allah rəhmət eləsin", - deyə Rəsulzadə yazıb.

Turan İSMAYIL

2