"Azəriqaz"ın növbəti "Açıq mikrofon"u Gəncədə qurulacaq

 18:00 02.01.2023     508

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, bu dəfə "Səyyar qəbul otağı" Gəncə şəhəri, Qələbə Parkında təşkil olunacaq.

Yanvarın 5-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən