7 milyonluq qaçaqmal, 150 kiloqram kürü... - Sərhəddə əməliyyat

 13:15 03.01.2023     339

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin dekabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilən tədbirlər nəticəsində ümumi dəyəri təqribən 7 milyon 342 min manat оlan qaçaqmal, о cümlədən 3 kiloqram 692 qram qızıl-zinət əşyaları, 150 kiloqram “Farel” balığının kürüsü, bir ədəd pnevmatik tapança, bir ədəd “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırma, müxtəlif tərkibli dərman preparatları, tütün məmulatları və xarici ölkə valyutaları saxlanılıb.

Bu barədə Redaktor.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ötən ilin dekabrında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 319 kq 676 qram müxtəlif çeşidli narkоtik maddə və 91147 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.