Metroda nasazlıq yarandı

 17:58 05.01.2023     509

Metronun "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarlardan birində nasazlıq yaranıb.

Redaktor.az xəbər verir ki, metronun "Nizami" stansiyasında qatarın qapısı bağlanmadığı üçün bir neçə dəqiqə platformada dayanıb. Daha sonra sərnişinlər düşürülüb və qatar depoya göndərilib.

Hazırda "Nizami" stansiyasında böyük sıxlıq yaşanır.