Naxçıvanlılarla bağlı yeni qərar - DİN-dən AÇIQLAMA

 12:48 06.01.2023     771

Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin "ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Redaktor.az-a bildirib ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.