"Azəriqaz" yeni xidmət portalını istifadəyə VERDİ

 13:15 06.01.2023     407

“SOCAR “Azəriqaz” İstehsalat Birliyi “ASAN Xidmət№ və “ASAN Kommunal" mərkəzlərində 21 sahə üzrə fəalliyyət göstərir. Onlardan 8-i daha önəmli fəaliyyət sahələridir ki, abonentlər hər gün bu barədə müraciətlər edirlər. Bu sahələrin elektron qaydada fəaliyyəti ilə bağlı portal yaradılıb”.

Redaktor.az xəbər verir ki, bunu “SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Aksiya çərçivəsində "Azəriqaz" İB-in Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazədə yeni yaradılan portal ilə bağlı istifadəçiləri məlumatlandırıb:

“"Azəriqaz" İB “ASAN” Xidmət və “ASAN Kommunal" mərkəzlərində 21 növ xidmət göstərir. Hədəfimiz ondan ibarət olub ki, abonentlərimizə daha rahat və operativ xidmətlərin göstərilməsi üçün elektron portal yaradılsın. Bu, 21 xidmət içərisindən vətəndaşların daha çox istifadə etdiyi 8 xidmət seçilərək ilkin etapda elektron xidmətlər üzrə portal yaradılıb. Portal hazırlanarkən bizim üçün ən böyük və vacib hədəf ondan ibarət idi ki, istənilən vətəndaş olduğu yeri tərk etmədən 8 xidmətdən istənilən biri üzrə nəticə əldə edə bilsin. Əksər xidmətlərin sonuncu – final etapı bilavasitə “Azəriqaz” ilə bağlanan müqavilədir. Yeni portal bu işləri yerinə yetirərkən vətəndaşın olduğu yeri tərk etməsinə ehtiyac yoxdur. Bilavasitə “ASAN İmza”dan istifadə etməklə bütün prosesləri həyata keçirmək olacaq. Ərizənin yazılmasından başlayaraq, sənədlərin yüklənməsi və işin sonuncu mərhələsi olan müqavilənin bağlanması daxil olmaqla bütün prosesi bu portal vasitəsilə həyata keçirmək mümkün olacaq”, - deyə şöbə rəisi vurğulayıb.

Qeyd edək ki, elektron xidmətlərdən yararlanmaq üçün azeriqaz.az saytına daxil olub, "elektron xidmətlər" bölməsinə daxil olmaq lazımdır. 

Nərmin VÜQARQIZI