Ökədə qazlaşdırılmayan kəndlərin sayı açıqlandı

 13:27 06.01.2023     300

"Hazırda ölkədə 982 qazlaşdırılmayan kənd var".

Redaktor.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təbii fəlakətlər nəticəsində zərər görən ağaclardan 72 min kubmetr oduncaq tədarükü görülüb: "Hazırda ölkədə 982 qazlaşdırılmayan kəndlər var. Onlar arasında əsas diqqətimizdə olan 426 kənd var ki, onlar birbaşa meşə əraziləri ilə həmsərhəddir. Meşəətrafı qazlaşmayan kəndlərin odun yanacağına tələbatının ödənilməsi əsas məqsədimizdir və bu istiqamətdə geniş araşdırmalar aparırıq".