Azərbaycanda son sutkada yoluxanların sayı ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 121 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Xatırladaq ki, yanvarın 5-də Azərbaycanda koronavirus infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınmışdı.
