Zəngəzurda erməni əsgərlərin basdırıldığı panteonda partlayış oldu

Yanvarın 1-də Ermənistanın Sünik (Zəngəzur) rayonunda partlayış baş verib.
Redaktor.az xəbər verir ki, saat 21:40 radələrində Qarakilsədə yerləşən panteonda partlayışın baş verməsi barədə erməni polisinə məlumat daxil olub.
Hadisə nəticəsində bir nəfər - 36 yaşlı Qriqor S. tibb mərkəzinə yerləşdirilib. O, Qarakilsədə yerləşən panteonunun ərazisində olduğu zaman qumbara detonatoru ilə ehtiyatsız davranıb və nəticədə partlayış baş verib.