Nizami Qocayevin yerinə TƏYİNAT

 13:06 07.01.2023     261

Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə nazirliyin Gəncə şəhəri üzrə İcra İdarəsinə yeni rəis təyinatı olub.

Redaktor.az xəbər verir ki, idarənin rəis müavini vəzifəsində çalışan Ələmdar İbrahimov nazirin əmri ilə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, sözügedən idarənin əvvəlki rəisi tanınmış polis rəisi olmuş Nizami Qocayev idi. O, nazirin əmri ilə 2020-ci ilin mayında yaşla əlaqədar təqaüdə göndərilib (qafqazinfo).