Sabah Azərbaycanda yollar buz BAĞLAYACAQ

Sabah Azərbaycanda bəzi yolların buz bağlayacağı gözlənilir.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verrilib.
Bildirilib ki, yanvar ayının 8-dən 12-dək ölkə ərazisində yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq bəzi yolların buz bağlayacağı gözlənilir.
Dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.