Molla rejimi daha bir azərbaycanlı müəllimi həbs etdi - FOTO

 16:18 07.01.2023     603

Güney Azərbaycanın Qəzvin şəhərindən olan müəllim və Qəzvin əyaləti üzrə Müəllimlərin Həmkarlar İttifaqının keçmiş sədri Rəhim Sərkar 1 il müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bununla yanaşı, azərbaycanlı müəllim cərimə edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərlə üzləşən müəllim tələbələrinin həbs edilməsinə etiraz etdiyinə görə cəzalandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən