İrandan Türkiyəyə qaz nəqli 70% azaldı
2023-cü il yanvarın 1-dən etibarən İran qazının Türkiyəyə tədarükü İranın qaz ötürücü sistemində nasazlıq səbəbindən planla müqayisədə 70% azalıb.
Redaktor.az “Anadolu” Agentliyi bu barədə Türkiyənin “Botaş” dövlət şirkəti məlumat verib.
Hesabatda qeyd olunur ki, İran tərəfi problemin tezliklə həlli üzərində işləyir.
“Botaş” əmin edir ki, qış mövsümündə ölkənin qaz təchizatına mənfi təsir göstərməmək üçün bütün tədbirlər görülüb və əlavə ehtiyaclar yeraltı anbarlar hesabına ödəniləcək.
Tunar Altunbay