Şuşaya güclü qar yağdı

Şuşa şəhərində qar yağmaqda davam edir.
Redaktor.az xəbər verir ki, hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 9-10 sm-ə çatıb.
Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb. Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.





