Bu yollarda sürət aşağı salındı

Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda paytaxt ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində, Aeroport şosesində, Mərdəkan-Buzovna yolunda, Bilgəh yolunda, Zığ şosesində quraşdırılan məlumat sürət portallarında hərəkət sürəti 20 km/saat endirilib.