Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
