Azərbaycanda iki polis zabiti dəm qazından öldü

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
Redaktor.az-a DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalara görə, yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.