Allahşükür Paşazadə yeni Həcc müqaviləsi imzaladı

 15:26 09.01.2023     235

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2023-cü il üçün Həcc müqaviləsi imzalayıb.

Bu barədə Redaktor.az-a QMİ-dən bildirilib.

Belə ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir.

İki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb. Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.