"Azəriqaz"dan yanınla bağlı açıqlama - FOTO
Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospektində yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib.
Redaktor.az xəbərinə görə, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır.
Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür.
Departament rəisi həmçinin qeyd edib ki, "Azəriqaz"ın əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülür.