Zelenski Hikmət Cavadova vətəndaşlıq verdi

 11:25 10.01.2023     268

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov Ukrayna vətəndaşlığı alıb.

Redaktor.az xəbər verir ki, diaspor rəhbəri bu barədə feysbuk hesabında məlumat paylaşıb.

H.Cavadov Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkürünü bildirib:

“Ukrayna vətəndaşlarının bir qismi ölkəni tərk etsələr də, mən bu ölkəyə, bu xalqa sonsuz etimad bəsləyərək onun gözəl gələcəyinə əsla şübhə etmirəm. Bu ağır dövrdə Ukrayna vətəndaşı olmaqdan böyük şərəf duyuram. Ukrayna vətəndaşlığı şərəfinə layiq görüldüyüm üçün Prezident Volodımır Zelenskiyə minnətdaram”.