Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

 15:08 10.01.2023     653

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tutduğu vəzifədən azad olunub.

Redaktor.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi xəbəri təsdiqləyib. 

Bildirilib ki, hələ ki, Agentliyin sədri vəzifəsinə yeni təyinat yoxdur.

Qeyd edək ki, bu barədə ilk xəbəri Demokrat.az saytı yayıb.