Bəxtiyar Hacıyevin ailəsi ilə görüşünə icazə verildi
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ailə üzvləri ilə görüşünə icazə verilib.
Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.
Müdafiəçi bildirib ki, Bəxtiyar Hacıyevin yaxın qohumlarına nisbətdə görüş və telefon danışığı məhkəmə tərəfindən təmin edilib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.