Qarabağdakı ermənilər işıqsız qaldı

 17:59 10.01.2023     334

Bu gün yüksək gərginlikli xəttin sıradan çıxması səbəbindən Xankəndidə elektrik enerjisinin kəsilməsi başlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, yanvarın 9-da saat 14:35-də Ermənistandan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalini təmin edən yeganə yüksək gərginlikli 110 kV-luq Gorus-Xankəndi xəttinin 33-cü km-də qəza qeydə alınıb. Bu səbəblə bölgədə elektrik enerjisinin yerli generasiya stansiyaları vasitəsilə verilməsi qərara alınıb.

Həmidə İbrahimova