Azərbaycanda komitə sədri işdən çıxarıldı - SƏRƏNCAM

 10:23 11.01.2023     786

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub (apa).