"20 ildə prokurorluğa 1151 nəfər işə qəbul edilib" - Baş Prokuror

2002-2022-ci illərdə prokurorluğa müsabiqə yolu ilə 1151 nəfər qəbul edilib.
Redaktor.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.
O bildirib ki, hazırda onlardan 977 nəfəri prokurorluq orqanlarında çalışır.