İndiyədək 182 prokurorluq əməkdaşı barəsində intizam tədbirləri tətbiq edilib

Baş Prokurorluqda indiyə qədər 182 əməkdaş barəsində intizam tədbirləri tətbiq edilib.
Redaktor.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.
O bildirib ki, 796 prokurorluq orqanın işçisi barəsində həvəsləndirmə tətbiq edilib, 37 nəfər işçi dövlət təltifinə layiq görülüb.
Onlardan 44-ü Baş Prokurorluğun, 8-i Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin, 58-i Hərbi Prokurorluğun, 3-ü Naxçıvan Respublikasının Prokurorluğunun, 69-u isə rayon və şəhər prokurorluğunda çalışıb.