Qarlı günlərdə yıxılaraq travma alanların sayı AÇIQLANDI

 11:51 11.01.2023     250

“Qarlı havada yıxılıb travma alanlarla avtoqəzalarda yaralananlar arasında maraqlı bir müayisə apardıq. Elə nəticə də maraqlıdır”.

Redaktor.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib.

Onun sözlərinə görə, qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edənlərin sayı artsa da, avtoqəzalar nəticəsində xəsarət alanların sayı kifayət qədər azalıb.

“Son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər KTM-ə gətirilib. Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir.

Hər iki halda Mərkəzə müraciət edən şəxslərin qəbulu və müayinəsi ilə bağlı hər hansı bir problem yaşanmayıb”.

KTM rəsmisi qarlı hava şəraitini nəzərə alaraq sürücüləri və piyadaları daha diqqətli olmağa çağırıb: “Unutmayaq ki, baş verə biləcək hadisədən heç kim sığortalanmayıb”.