Şəhid polkovnik-leytenantın ailə üzvlərinin müraciəti həllini tapdı - VİDEO
Vətənin bütövlüyü uğrunda son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunan polkovnik-leytenant Mehman Şirvanovdur.
1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olan Mehman ömrünün 23 ilini Azərbaycan Ordusuna xidmət edib. Qəhrəman zabitimizin sonuncu döyüşü Murovdağda olub. O, Murovdağ yüksəkliyi uğrunda gedən əməliyyatlar zamanı sentyabrın 27-də qəhrəmancasına şəhid olub.
Redaktor.az xəbər verir ki, şəhidin ailə üzvləri sözü gedən kənddə yaşadıqları fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinə müraciət ediblər. Qısa müddət ərzində ünvanlanan müraciətin həlli istiqamətində işlərə başlanılıb, fərdi yaşayış evi təbii qazla təmin edilib.
Daha ətraflı video materialda: