Əmək kitabçaları dövriyyədən çıxarılacaq - Agentlik sədri

 14:05 11.01.2023     313

"Dövlət Məşğulluq Agentliyi vətəndaşların əmək kitabçalarını dövriyyədən çıxarmağı planlaşdırır".

Redaktor.az xəbər verir ki, bu barədə "Trend"ə Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli məlumat verib. Onun sözlərinə görə, Əmək və Sosial Müdafiə Nazirliyi vacib hüquqi islahatlar hazırlayır.

"Yaxın gələcəkdə bu paketin hökumətə təqdim olunacağı gözlənilir, onun qəbulundan sonra isə biz nəinki fiziki əmək kitabçalarını dövriyyədən çıxaracağıq, həm də bütün sənəd dövriyyəsi rəqəmsal mühitdə aparılacaq”, - deyən Abbasbəyli həmçinin ilk əmək kitabçalarını 2014-cü ildən sonra alan vətəndaşların gələcəkdə işəgötürənə təcrübəsini təsdiqləyən kağız daşıyıcı təqdim etməli olmayacaqlarını vurğulayıb.

"İlk əmək kitabçalarını 2014-cü ilədək almış vətəndaşları onu saxlamalıdır, belə ki, bu onlara əmək münasibətlərinin tənzimlənməsi prosesində və pensiya yaşına çatdıqda lazım ola bilər" - o aydınlıq gətirdi.