Bu apteklərdə nöqsanlar aşkarlandı - Siyahı

 17:46 11.01.2023     283

Yanvarın 10-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib.

Redaktor.az xəbər verir ki, monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub. 

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5 nöqsan aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Balıq Evi" topdan satış mağazası

Nəsimi rayonu, M.Qaşqay küç., ev 86

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"Ruslan-93" market

Nizami rayonu, Q.Qarayev pr., ev 7A

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

3

"Zeytun" aptek

Nəsimi rayonu, 3-cü mkr,
ev 21

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

4

"Jalə" topdan satış mağazası

Binəqədi rayonu, Ə.Naxçıvani küç., 3106-cı məhəllə

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

5

"Home Food" mağazası

Nərimanov rayonu, İ.Dadaşov küç., ev 57X

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

6

"Karvan" market

Sumqayıt şəhəri, 32-ci məhəllə

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

7

"Xaçmaz Store"

Xaçmaz rayonu, Armudpadar kəndi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

8

"Əfqan"market

Xaçmaz rayonu, Armudpadar kəndi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

9

"Naringi" market

Cəlilabad şəhəri, Cavadxan küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

10

"Ayxan" market

Bərdə rayonu, Zümürxan kəndi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

11

"Nur" market

Bərdə şəhəri, H.Əliyev prospekti

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

12

"VO" market

Bərdə şəhəri, Sənaye küçəsi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

13

"Zeytun" aptek

Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

14

"Dokta" aptek

Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

15

"Gülnar" market

Zaqatala şəhəri, H.Əliyev prospekti 7

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

16

"Bayraktar" restoranı

Nərimanov rayonu, A.Neymətulla küç., ev 62A

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

 


 Bizi Telegramda iz