Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi - DİN-dən AÇIQLAMA

 19:08 11.01.2023     451

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.

Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

***

Müsavat partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbuk hesabında məlumat paylaşıb.

T.Yaqublu 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında 30 sutka inzibati qaydada həbs olunub.

Bu gün həkim Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşüb və onun səhhətini nəzərə alaraq xəstəxanaya köçürülməsinin vacibliyini vurğulayıb.