“Azərişıq” kəskin hava şəraitində abonentləri işıqsız qoymadı - VİDEO

 19:17 11.01.2023     542

“Azərişıq” ASC Lerikin ucqar dağ kəndləri olan Hücü və Dico kəndlərində elektrik enerjisini bərpa edib.  

Redaktor.az quruma istinadla xəbər verir ki, yanvarın 11-də güclü qar yağması nəticəsində Lerikin rayonunun Hücü və Dico kəndlərinə gedən elektrik naqillərində qəza baş verib və elektrik enerjisinin verilişində fasilə yaranıb.

Qarlı, şaxtalı havada dağlıq ərazidə yerləşən kəndlərə avtomobillə hərəkət etmək mümkün olmayıb. Bu səbəbdən “Azərişıq” əməkdaşları mal-material təchizatı ilə birlikdə 8 km-lik yolu piyada qət edərək baş vermiş qəzanı aradan qaldırıblar.

Qeyd edək ki, Hücü kəndinin 8, Dico kəndinin 25 abonenti var.