Son sutkada vaksin olunanların STATİSTİKASI

 22:32 11.01.2023     126

Azərbaycanda son sutkada koronavirus əleyhinə 477 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 312, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 39, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 101, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd olunanların sayı isə 25 nəfərdir.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 13 936 110, birinci mərhələ üzrə pevənd olunanların ümumi sayı 5 399 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 044, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 039, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd edilənlərin sayı isə 264 841 nəfərdir.

 

 

2