Şəhid ailəsinin evinə qaz çəkildi - Video

 10:51 12.01.2023     282

Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yaşayan şəhid ailəsinin istəyi SOCAR “Azəriqaz” İB tərəfindən yerinə yetirilib.

Redaktor.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Adil Tatarovun anası Şükufə Tatarova fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı  birliyə müraciət ünvanlayıb.

Müraciətdən dərhal sonra şəhid anasının istəyi yerinə yetirilib. Qeyd olunan ünvana qaz xətti çəkilərək sayğac quraşdırılıb.

Ətraflı video materialda: