Reyestrindən keçən media subyektlərinin sayı açıqlandı

 12:54 12.01.2023     263

Ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur.

Redaktor.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O bildirib ki, onlardan 150-i qeydə alınıb. Jurnalistlərdən isə 180 nəfərin adı reysterə salınıb.