İşdən qanunsuz çıxarılan 104 nəfər geri qaytarıldı

 14:59 12.01.2023     437

2022-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müxtəlif müəssisələrdə 104 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Redaktor.az xəbər verir ki, Xidmət tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin hər biri əvvəlki işlərinə bərpa etdiriliblər.

Həmçinin son bir ildə işəgötürənlər tərəfindən 628 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 95 faizini əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar təşkil edib