Vardanyan məsuliyəti Arayikin üstünə atdı:  Balasanyanı istefaya o göndərib!

 17:52 12.01.2023     344

Özünü Qarabağ separatçılarının “dövlət naziri” adlandıran Ruben Vardanyan Vitali Balasanyanın qondarma “təhlükəsizlik şurasının katibi” postundan uzaqlaşdırılmasından danışıb.

Redaktor.az xəbər verir ki, Ruben Vardanyanın sözlərinə görə, Vitali Balasanyan, David Babayan kimi şəxslərin separatçıların rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı qətrarları separatçı rejimin başçısı Arayik Arutyunyan verib.

O əlavə edib ki, çətin vəziyyətə düşən separatçı komandanın formalaşdırılması fövqəladə addımlar tələb edirdi.

Vardanyan deyib ki, Qarabağ separatçıları hazırda Laçın yolunun açılması üçün Rusiya sülhməramlıları ilə əməkdaşlıq edir.

"Amma mən Mən danışıqlarda iştirak etmirəm. Məndə danışıqlar barədə məlumat yoxdur", - Vardanyan deyib (modern.az).