Əfvlə bağlı 100-dən artıq müraciətə baxıldı

 19:34 12.01.2023     503

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının 2023-cü ildə ilk iclası keçirilib.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Komissiyanın növbəti iclasının yanvarın 17-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.