Nazir Elşad Hacıyevin rütbəsini artırdı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.
Redaktor.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə E.Hacıyevə polkovnik-leytenant rütbəsi verilib.
Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.