Bakıda bu xəstəxana yeni ünvana köçürülür

 11:56 13.01.2023     769

7 nömrəli Vərəm Əleyhinə Dispanser yeni ünvana köçürülcək.

Redaktor.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vərəmlə mübarizə üzrə göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, strukturun təkmilləşdirilməsi, şəraitin daha yaxşılaşdırılması məqsədi ilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan 7 nömrəli Vərəm Əleyhinə Dispanser Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 50 a ünvanına köçürüləcək.

Eyni zamanda, bundan sonra çox sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi Mərkəzin strukturuna daxil olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının, geniş sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi isə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının bazasında ayrılan şöbələrdə təşkil ediləcək.