EBRD-nin vitse-prezidenti Azərbaycana səfər edəcək

 13:12 13.01.2023     278

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u tarixlərində Qafqaza səfər edəcək.

Redaktor.az bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində bank rəsmiləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və Azərbaycanda olacaq.

Heyət yüksək vəzifəli dövlət rəsmiləri, diplomatik icma, tərəfdaşlar və müştərilərlə görüşəcək.

Vumart və Güvən reklamı Vumart Güvən