Milli Məclisdə koronavirusla bağlı dinləmə keçiriləcək

Milli Məclisdə “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən digər tədbirlər barədə” dinləmənin keçirilməsi nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bununla bağlı məsələnin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilməsi gözlənilir.
İşlər planı komitənin yanvarın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.