"1 milyon 400 min abonentin sayğacı yenilənib" - "Azəriqaz" rəsmisi

 16:42 13.01.2023     545

“Yanvarın 8-də günün birinci yarısında bütün ölkə üzrə mexaniki sayğacların oxunma prosesini həyata keçirdik. 1 milyon 400 min abonentin sayğacı yeniləndi. Artıq hamı 1200 kubmetrlik limit istifadə edir”.

Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.

“Bəzən bizə "Bəs, deyirdiz limit yeniləndi, amma mən 10 manat ödədim smart karta 83,3 kub qaz yazıldı..." kimi müraciətlər olur. Ötən ilin oktyabrından etibarən 1200 kubmetrlik limitə görə 1 kubmetr qazın ödənişi 12 qəpikdir. Bu baxımdan  fərq onunla bağlıdır. Əvvəlki illə müqayisədə ümid edirəm abonentlərimizi bu kimi məsələlərdə daha diqqətli olacaqlar”.

Həmidə İbrahimova