Günay Quluzadə direktor köməkçisi təyin edildi

Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Elviz Qasımov özünə yeni köməkçi təyin edib.
Redaktor.az xəbər verir ki, direktorun müvafiq əmri ilə bu vəzifə Günay Quluzadəyə həvalə olunub.
Xatırladaq ki, G.Quluzadə bu təyinata qədər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, E.Qasımov keçən ilin sonunda direktor vəzifəsinə təyinat alıb.