Gürcüstan-Azəbaycan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Gürcüstan-Azəbaycan sərhədində zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:36-da Zaqatala stansiyasından 29 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ 3 bala qədər hiss olunub.
***
Zaqatalada zəlzələ olub.
Redaktor.az "apa"ya istinadla xəbər verir ki, zəlzələ 12:35 radələrində baş verib.
Yeraltı təkanlar Balakəndə də hiss olunub.