Nazirlik işlənmiş batareyaların təhvil məntəqələrinin siyahısını açıqladı - FOTO

 22:45 14.01.2023     379

İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində məlumat verilir.

Bildirilir ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrinin sayı artırılaraq PMD şirkətlər qrupuna daxil olan biznes və ticarət mərkəzində (Çinar Plaza, Dalğa Plaza, Bayıl Plaza, BEGOC Biznes Mərkəzi, Şərq Bazarı, Zefir Mall, “PMD Group” mərkəzi ofis) batareya qutuları yerləşdirilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən 2022-ci ilin may ayından etibarən start verilən layihə çərçivəsində ötən il ərzində 297 kq işlənmiş batareya təhvil alınıb.

“Batareyaları təhvil ver, təbiəti qoru” adlı layihənin məqsədi işlənmiş və ya istifadəyə yararsız elektrik batareyalarını digər tullantılardan ayırmaq, toplayıb çeşidləyərək xüsusi şəraitdə zərərsizləşdirilməsinə dəstək olmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.

Hər kəsi bu mövzuya xüsusi həssaslıq göstərməyə və işlənmiş batareyaları qutulara atmaqla batareyaların utilizasiyasına və ətraf mühitin qorunmasına dəstək olmağa çağırırıq.

 

 

2222