Sabah yollar buz bağlayacaq

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yanvarın 16-da ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı gözlənilir.