Rusların 20 maşını Laçın yolundan keçdi
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Redaktor.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin minik maşını Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 20 avtomobil maneəsiz hərəkət edib.