Biləsuvarda 7 min abonent qazsız qaldı
Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.
Redaktor.az xəbər verir ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində qaz xəttinin zədələnməsi nəticəsində şəhərin, həmçinin Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.
Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.